Accessibility links

Birma fəalları Banqkokda nümayiş keçiriblər


Birma fəalları ölkə müxalifətinin lideri Aung San Su Kyinin azad edilməsini tələb edən etiraz aksiyalarının bir hissəsi kimi bu gün Banqkokda Çin səfirliyinin qarşısında nümayiş keçiriblər. Yürüşlərin Asiya, ABŞ və Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılır. 18 illik ev dustaqlığının 12-ni geridə qoyan Su Kyi 1991-ci ildə Nobel Sülh mükafatını alıb. Bu mükafata layiq görülmüş başqa bir qadın isə BMT-dən Birma müxalifətinin liderinin azad edilməsi üçün qərarlı addımlar atmağı istəyib. Bugünkü çağırışda onlar, Su Kyinin həbsinin Birma hərbi hökumətinin qəddarlığına işarə olduğunu bildiriblər. Etirazlar Birma hökumətinin BMT xüsusi nümayəndəsi İbrahim Qəmbərinin noyabr ayının birinci həftəsi ərzində ölkəyə gəlməsinə icazə verməsindən irəli gəlir. Birmaya daha çox təzyiq olunması məqsədi güdən Asiyanın 6 dövlətinə səfəri çərçivəsində Qəmbəri bu gün Çin rəsmiləri ilə görüşüb.
XS
SM
MD
LG