Accessibility links

İranın nüvə müzakirəçiləri Roma danışıqlarını konstruktiv adlandırıb


Avropa Birliyinin Xarici siyasət şöbəsinin müdiri Haviyer Solana İranın nümayəndələrilə Tehranın nüvə proqramına dair Romada keçirilən danışıqların konstruktiv olduğunu deyib. Danışıqların növbəti raundunun noyabr ayının sonunda keçiriləcəyi gözlənilir.

Keçən şənbə günü Əli Laricaninin istefasından sonra onun İranın yeni təyin etdiyi nümayəndəsi Səid Cəlilinin nüvə proqramı iıə əlaqədar Avropa Birliyi xarici əlaqələr şöəsinin başçısı Haviyer Solana ilə ilk görüşü idi. Roma görüşündə iştirak edən İranın hər iki nümayəndəsi deyib ki, İran Avropa Birliyi ilə işləməyə davam edəcək.
Görüşdən sonra danışan Laricani bildirib ki, danışıqlarda İranın Beynəlxalq Atom Enerjisi ilə işi müzakirə olunub.
Cəlili isə deyib ki, Tehran qərblə dialoqu dəstəkləyir və o, danışıqlara Avropa ilə daha yaxşı münasibətlər yaratmaq imkanı kimi baxır.
Solana beynəlxalq ictimaiyyətin Tehranın nüvə fəaliyyətlərini dayandırması haqda xahişinə dair İranla rəsmi müzakirələrə başlamaq imkanlarını öyrənmişdir. O, noyabr ayının sonuna qədər iranlılarla daha çox müzakirələr aparacağına ümid bəslədiyini deyib.
“Bu günkü görüş konstruktiv olub. Mən son vaxt ərzində doctor Laricani ilə işləmişəm və bunun davam edəcəyinə ümid bəsləyirəm”-deyə o bildirib.

BMT-nin Təhlükəsizlik Şurasın uranın zənginləşdirilməsi proqramını dayandırmaqdan imtina etdiyi üçün İrana qarşı iki dəfə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG