Accessibility links

Amerika prezidenti fəlakət zonasına səfər edib


ABŞ prezidenti Corc Buş federal təcili yardımların səfərbər edilməsinə göstəriş verib. Dövlət başçısı yanğınla mübarizə səylərinin yaxşı koordinasiya edildiyini bildirib. Kabinet üzvləri ilə görüşündən sonra Corc Buş yanğınları “böyük fəlakət” adlandıraraq onun qurbanlarına maliyyə yardımı göstərilcəyini elan edib. Prezident yanğının təsirinə məruz qalan insanların və onların əmlaklarının təhlükəsizliyinin onu narahat etdiyini bildirib. Prezident Buş fəlakət zonasına gedib. Hava şəraitinin bir qədər normallaşması ilə yanğınsöndürənlər bəzi bölgələrdə nailiyyətlər əldə edə biliblər. 1500 kv-kilomertlik sahəni əhatə edən yanğınların 1200 evi sıradan çıxardığı, 500000-dən artıq insanın evsiz-eşiksiz qalması, 5 nəfərin həlak olması, 40-dan artıq insanın yaralanmasına səbəb olduğu bildirilir. San Bernadino şəhərində yanğın törətdiyindən şübhələnilən bir şəxs nəzarət altına alınıb, digəri isə özünü şübhəli apardığına görə güllələnərək öldürülüb.

XS
SM
MD
LG