Accessibility links

Baş nazir Ərdoğan: Ankara hərbi əməliyyatlara dair qərarı özü qəbul edəcək


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, Ankara İraqın şimalında kürd yaraqlılarına qarşı mübarizə aparmaq üçün sərhəddi keçmək haqda qərarı özü tək qəbul edə bilər. Bu gün Rumıniyada olan cənab Ərdoğan bildirib ki, Birləşmiş Ştatlar Türkiyənin bu əməliyyatları aparmasını istəməyə bilər, lakin nə etmək lazım olduğunu Ankara müəyyən edəcək. Bu gün eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının xarici işlər nazirlərinin görüşündə danışan Türkiyə prezidenti Abdulla Gül deyib ki, Türkiyə İraqın şimalında mənzillənən yaraqlılardan gələn təhlükələrə son qoymaq üçün lazımi addımları atmaq əzmindədir. Bu gün İraqın yüksək səviyyəli nümayəndə heyəti sərhəddə gərginliyin azaldılması məqsədilə diplomatik səylər çərçivəsində Ankarada Türkiyə rəsmilərilə görüşür.
XS
SM
MD
LG