Accessibility links

Beynəlxalq Fəza Stansiyasına yeni əlavə edilib


ABŞ fəza şatlı olan Diskaveri və Beynəlxalq Kosmos Stansiyasının ekipaj üzvləri stansiyanın yenicə inşa edilmiş hissəsini istifadəyə veriblər. Missiya mütəxəssisi Paolo Nespoli və komandir Peggi Vitson bu gün qapaqları açmış və İtaliya istehsalı olan Harmoni moduluna daxil olmuşlar. Harmoni Avropa və Yaponiya elmi laborotoriyaları üçün dok limanına çevriləcək. NASA deyir ki, bu əlavə fəza stansiyasının həcmini 18 faiz artırır.
XS
SM
MD
LG