Accessibility links

Türkiyə hərbi qüvvələri kürd yaraqlılarına qarşı genişmiqyaslı əməliyyat keçirib


Türkiyə hərbi qüvvələri bildirir ki, ordunun hərbi hava qüvvələrinin müşayətilə genişmiqyaslı əməliyyatı zamanı 15 kürd yaraqlısı öldürülüb. Rəsmilər deyir ki, toqquşma kürdlərin çoxluq təşkil etdiyi Tunceli vilayətində baş verib. Hökumət qüvvələri arasında tələfatlar barədə məlumat verilməyib. Bu gün habelə qərbdı İzmit şəhərində kürd separatçıları əleyhinə yürüş zamanı baş vermiş partlayış nəticəsində üç nəfər həlak olub. Rəsmilər bildirir ki, ekspertlər partlayışın səbəblərini araşdırırlar. Türkiyənin xarici işlər naziri deyib ki, İraqın şimalında mənzillənən kürd yaraqlılarına qarşı mübarizədə bütün variantlar açıq qalır. O, İrana Kürdüstan Fəhlə partiyası ilə mübarizədə köməyə görə təşəkkürünü bildirərək, Türkiyə və İran arasında əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə etdiyini deyib.

XS
SM
MD
LG