Accessibility links

Argentinada prezident seçkiləri keçirilir


Argentinada seçicilər ölkədə demokratik yolla ilk qadın prezidentin seçilməsinə yol aça biləcək seçkilərdə iştirak edirlər. Seçkiqabağı rəy sorğuları göstərir ki, birinci xanım Kristina Fernandes digər 13 namizəddən seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac qoymayacaq böyük fərqlə irəlidədir. Siyasi təhlilçilərin çoxu prezident Nestor Kirşnerin həyat yoldaşının seçkilərdə qələbə çalacağını gözləyir. Lakin onlar qeyd edir ki, Argentinada seçkiqabağı rəy sorğularına çox vaxt etibar etmək olmaz. Prezident Kirşner birinci dönəm hakimiyyətdə olduqdan sonra vəzifəsindən gedir. Onun Senatın nüfuzlu nümayəndəsi olan həyat yoldaşı cənab Kirşnerin 2001-ci ildən sonra Argentina iqtiasdiyyatının dirçəlməsinə gətirib çıxaran siyasətini davam etdirəcəyinə söz verib.
XS
SM
MD
LG