Accessibility links

Darfur sülh danışıqlarının iştirakçıları üsyançıları boykota son qoymağa çağırır


Liviyada BMT və Afrika Birliyinin sponsorluğu ilə keçən Darfur sülh danışıqlarının iştirakçıları bildirirlər ki, onlar üsyançı liderlərin danışıqların boykot edilməsinə son qoyması və müzakirələrə qoşulmasına çalışırlar. Sülh konfransı rəsmi olaraq dünən Liviyanın Sirte şəhərində açılıb. Lakin Darfurun üsyançı qruplarının liderlərinin burada iştirak etməməsi müzakirələrin müvəffəqiyyətli keçə biləcəyini şübhə altına qoyur. Nümayəndələr bu gün bildiriblər ki, üsyançı liderlərin danışıqlara gətirilməsi səyləri davam edir. Dünən Sudan hökuməti Darfurda birtərəfli qaydada atəşkəs elan etmişdi.
XS
SM
MD
LG