Accessibility links

Argentinada ilk dəfə  olaraq qadın prezident seçilib


Argentinada ilk dəfə olaraq qadın prezident seçilib. Bazar günü seçkilərinin nəticəsi olaraq, Kristina Fernandez de Kirçner rəqiblərindən iki dəfə artıq səs əldə edib. Səslərin 94 faizinin hesablanması ilə Argentina prezidentinin xanımı 13 namizədin iştirakı ilə keçirilən yarışlarda 45 faiz səs toplayıb. Xanım Fernandes dünənki çıxışı zamanı Arengentina qarşısında böyük məsuliyyət daşıdığını və ona borclu olduğunu deyib. O, ölkəsində yeni ictimaiyyət və ona yeni imec yaradılmasına çağırıb. Təhliləçilərin fikrincə yeni prezidenti yüksək inflyasiya və enerji qıtlığı kimi dərin probemlər gözləyir.

XS
SM
MD
LG