Accessibility links

Rusiya beynəlxalq müşahidəçilərin sayını məhdudlaşdırır


Rusiya mərkəzi seçki komissiyasının sədri deiyr ki, Dekabrda keçiriləcək ikinci parlament seçkilərinə 400-dən artıq beynəlxalq müşahidəçi buraxılmayacaq. Vladimir Çurov bu gün Moskvada keçirilən mətbuat konfrasında deyib ki, dəvətnamələr müxtəlif monitorinq qruplarına göndəriləcək. Bu qurumlar arasında onun sözlərinə görə ATƏT, MDB, Avropa Şurası, Britaniya, Fransa, Almaniya, İtaliya və İordaniya daxildir. Rəsmi, siyahıda nə qədər ATƏT müşahidəçisinə yer ayrıldığını açıqlamayıb. 2003-cü il parlament seçkilərində təkcə ATƏT Rusiyaya 400 müşahidəçi göndərmişdi. Rus hökuməti ötən ay ATƏT müşahidəçilərinin sayının və fəaliyyətinin məhdudlaşdırılması təklifi ilə çıxış edib.
XS
SM
MD
LG