Accessibility links

Türk qüvvələri PKK-çıları mühasirəyə alıblar


Türkiyə dövlət mediası deyir ki, qoşunlar İraqla sərhəddə dağlıq regionda 100 Kürd qiyamçısını mühasirəyə alıblar. Anadolu xəbər agentliyinin məlumatına görə Türk qüvvələri İraqa çıxış yollarını bağlamaqla Hakkari vilayətində üsyançıları dayandırıblar. Türkiyə xarici işlər naziri deyir ki, şimali İraqda Kürd üsyançılarına və terrorçulara qarşı döyüşdə bütün imkanlar açıq qalır. Başqa xəbərdə Tuncəli vilayətində 1 Türk əsgərinin minaya düşərək həlak olduğu xəbər verilir. Türk hərbisi Bazar günü Tuncəlidə 15 PKK döyüşçüsünü öldürüdüyünü xəbər verir.
XS
SM
MD
LG