Accessibility links

Xam neftin qiyməti rekord həddinə yüksəlib


Xam neftin qiyməti hökumətin ABŞ-da xam neft ehtiyatlarının səviyyəsinin endiyini göstərən hesabatı açıqlamasından sonra yenidən rekord həddə yükəslib. Nyu York Kommersiya Birjasında xam neftin qiyməti 96 dollar 24 sent olub. Bazar münasibətləri üzrə bəzi təhlilçilər jurnalistlərə neftin qiymətinin bir barrel üçün 100 dollar və bundan da yuxarı qalxa biləcəyini deyiblər. Neft qiymətləri dollarla ölçülür, buna görə də ABŞ valyutaının məzənnəsinin düşməsi qiymətlərə təzyiq göstərir.
XS
SM
MD
LG