Accessibility links

Noel qasırğası sürət yığmaqdadır


Noel qasırğası Atlantik okeanı üzərində sürət yığmaqdadır. Karib dənizi hövzəsi ölkələrində insan tələfatına səbəb olan qasırğanın sürəti saatda 130 km-ə yaxınlaşıb. Beləliklə qasırğa dağıdıcı gücünə görə 5 dərəcli şkala üzrə birinci kateqoriyaya yüksəlib. Sinoptiklərin proqnozlarına görə ABŞ-ın sahil ərazilərinə 2, şimal-şəqr sahillərinə isə 15 santimetrədək yağış yağmalıdır. Noel tropik qasırğası Karib dənizi hövzəsi ölkələrində 80-dən artıq adamın ölümünə səbəb olub. Dominikan Respublikası və Haitidə son bir neçə gün ərzində yağan güclü yağışlar torpaq sürüşmələri və daşgınlara yol açıb. 56 nəfərin həlak olduğu Dominikan Respublikasında fövqəladə vəziyyət elan edilib. Haitidə 20-dən artıq insan həlak olmuş, yüzlərlə ev yerlə yeksan edilmişdir. Noel Atlantik qasırğa mövsümünün 14-cü qasırğasıdır.

XS
SM
MD
LG