Accessibility links

Pakistanda yaraqlıların sığınacağı dağıdılıb


Pakistanın şimal qərbində yaraqlıların sığınacaq kimi istifadə etdiyi evi dağıdan raket hücumu nəticəsində 5 nəfər həlak olub. Sakinlər və yerli rəsmilərin sözlərinə görə, partlayış Əfqanıstanla sərhəd boyunca olan təhlükəli regionun mərkəzi şəhəri Miranşahın yaxınlığında baş verib. Pakistan ordusunda isə heç bir şərh verilmir. Svat Vadisində isə İslamçı silahlılar hökumət qoşunlarının üzvləri kimi təqdim etdikləri 48 nəfəri mətbuat qarşısına çıxararaq onların çərşənbə axşamı gedən ağır döyüşlərdə təslim olduqlarını deyiblər. Maskalı yaraqlılar jurnalistlərin əsirlərlə görüşməsi üçün onları müşayiət edib. Silahlılar qaçırılan hərbçilərlə intervyu aparılmasına da icazə veriblər. Əsirlər hərbi formada olmayıb və onların hərbçi olması təsdiq edilməyib. Pakistan rəsmiləri əsgərlərin qaçırılması haqda məlumatları rədd edirlər.
XS
SM
MD
LG