Accessibility links

Gürcüstanda on minlərlə nümayişçi paytaxtda toplaşır


Gürcüstanın bütün bölgələrindən 10 minlərlə sakin prezident Mixail Saakaşvili hökumətinə etiraz etmək üçün paytaxt Tbilisinin mərkəzindəki parlament binası qarşısında və ətraf küçələrdə toplaşıblar. Müxalifət liderləri hökumət rəsmilərini nümayişlərin qarşısını almaq üçün yolları bağlamaqda günahlandırır. Nazirlik rəsmiləri və hökumətpərəst siyasətçilər etirazçıların paytaxta gəlməsinin qarşısının alınması cəhdlərini rədd edirlər. Müxalif qüvvələr gələn ilin ilk yarısında parlament seçkiləri keçirilməsinə, seçki qanunlarına düzəlişlər edilməsinə və prezident Saakaşvilinin hakimiyyətinə məhdudiyyətlər qoyulmasına çağırır. Qarşı tərəfdən gürcü rəsmiləri deyir ki, geniş kütləli nümayişlər demokratiyanın normal bir hissəsidir. Cənab Saakaşvili 2003-cü ildə sabiq prezident Eduard Şevardnadze hökumətinə qarşı keçirilən oxşar etirazlardan sonra hakimiyyətə gəlmişdi.

XS
SM
MD
LG