Accessibility links

Pakistanda yüzlərlə nümayişçi həbs edilib


Bu gün Pakistanda vəkillərin fövqəladə vəziyyətə qarşı keçirdikləri etiraz aksiyalarına qarşı hərbi qüvvələr gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Ən böyük aksiyalardan biri Lahor şəhərində keçirilib. Orada minlərlə vəkil Yuxarı Məhkəməyə aparan yolla gedərək, "Çıx Get Müşərrəf, Get" - deyə, hayqırmışlar.

Karaçı və Ravalpindi şəhərləridnə keçirilən nümayişlər zamanı yüzlərlə vəkilin həbs edildiyi xəbər verilir. Pakistan rəsmiləri general Müşərrəfin ev dustağı olduğu barədə şaiyələri təkzib etmiş və bildirmişlər ki, prezident ölkədə gövqəladə vəziyyətlə əlaqədar bu gün xarici diplomatlarla görüş keçirmişdir. Cənab Müşərrəf bu addımı ölkədə artan ekstremizmə qarşı atdığını deyib.

XS
SM
MD
LG