Accessibility links

ABŞ Pərviz Müşərrəfi baş komandan vəzifəsindən istefa verməyə çağırıb


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays deyib ki, Pakistan prezidenti Pərviz Müşərrəf hərbi baş komandan vəzifəsindən istefa verməli və ölkədə mülki hakimiyyəti bərpa etməlidir. Xanım Rays bunları bu gün, İordan Çayının Qərb Sahilində keçirdiyi mətbuat konfransında deyib və cənab Müşərrəfi hərbi paltarı çıxaraçağı barədə verdiyi sözə əməl etməyə çağırıb. O, eləcə də Birləşmiş Ştatların Pakistanın konstitusiya yolu ilə addım atacağına inandığını deyib.

Bununla yanaşı Birləşmiş Ştatlar Pərviz Müşərrəfin ölkədə fövqəladə vəziyyət elan etməsindən sonra Pakistanla planlaşdırdığı xarici əlaqələr məsələləri ilə bağlı keçırəcəyi yığıncağı təxirə salıb.

XS
SM
MD
LG