Accessibility links

ABŞ-ın biznes liderləri Vyetnamda investisiya qoymaq istəyirlər


ABŞ ticarət naziri Karlos Qutierrez bu həftə 20-dən çox şirkətin nümayəndəsi ilə bərabər Vyetnama səfər edir. Bu, Vyetnam ilin əvvəlində Dünya Ticarət Təşkilatına daxil olandan bəri ilk belə səfərdir.

Qutierrezi Vyetnamda baş nazir Nquyen Tan Dunq qarşılayıb. Baş nazir iki ölkə arasında inkişaf edən edən biznes əlaqələrini əməkdaşlığı alqışlayıb. Qutierrez bildirib ki, səfərdə işitirak edən biznes liderləri Vyetnamda investisiya qoymaq istəyirlər və ortada olan maneələrin aradan qaldırılmasını arzulayırlar. ABŞ-ın Vyetnamla iri və artan ticarət defisiti var. Qutierrezin rəhbərlik etdiyi nümayəndə heyətində elektronik məhsullardan tutumuş enerjiyədək müxtəlif sahələri təmsil edən biznesmenlər iştirak edir.

XS
SM
MD
LG