Accessibility links

Gürcüstanda etiraz aksiyaları davam edir


Artıq altıncı gündür ki, Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiyalar davam edir. Bu gün polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə edib. Şahidlərin sözlərinə görə, başlarına dəmir dəbilqə geymiş polis qalxan və dəyənəklərdən, eləcə də gözyaşardıcı qazdan istifadə edərək, nümayişçiləri Tbilisidəki parlament binası ətrafından qovublar. Gözlərində iltihab prosesi başlayan nümayişçilər Saakaşvilini diktator adlandırıblar.

Daxili İşlər nazirliyinin sözçüsü Şota Utiaşvili Amerikanın Səsinə müsahibəsində deyib ki, hərbiçilər kütlə nəzarətdən çıxdığına görə əraziyə gətirilib.

Məlumatlara görə, etirazçılar az sonra yenidən parlament qarşısına qayıdıblar. Onlar Saakaşvilinin istefasından əlavə, parlament və prezident seçkilərinin vaxtının dəyişdirilməsini tələb edirlər.

XS
SM
MD
LG