Accessibility links

Çin İranla  məsələnin dialoq yolu ilə həllinə ümid bəslədiyini deyib


Çin İranı nüvə ambisiyalarına görə artmaqda olan beynəlxalq narahatlıqlara ciddi yanaşmağa çağırıb. Çinin xarici işlər nazirliyinin sözçüsü Liu Tsiançao deyib ki, Pekin tərəflərin məsələnin dialoq və məsləhətləşmələr yolu ilə həll edəcəyinə ümid bəslədiyini deyib.

Çin Rusiya ilə bərabər BMT-nin İrana qarşı sərt ölçülərinin əleyhinədir. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya keçən həftə İrana qarşı üçüncü dəfə sanksiyalar tətbiq edilməsi qərarına gəliblər.

Dünən ABŞ prezidenti Corc Buş deyib ki, nüvə ilə silahlanmış İran olduqca təhlükəli ola bilər.

XS
SM
MD
LG