Accessibility links

Robert Geyts Yaponiyanı Əfqanıstandakı əməliyyatlara dəstəyi bərpa etməyə çağırıb


Amerika Birləşmiş Ştatlrının müdafiə naziri Robert Geyts Yaponoyanı Amerikanın başçılığı altında Əfqanıstandakı əməliyyatlara dəstək missiaysını bərpa etməyə çağırıb. Bu gün Yaponoyanın xarici işlər naziri Masahiro Komura ilə birgə mətbuat konfransında ABŞ müdafiə naziri Robert Geyts missiyanın dayandırılmasına görə təəssüf hissi keçirdiyini deyib. Bu missiya cari ayın əvvəllərində Yaponiyanın hakim partiyası və müxalif siyasətçilərin razılığı yeniləşdirə bilməməsi səbəbi ilə ləğv edilmişdi.

Yaponiyanın baş naziri Yasuo Fukuda missiyanın bərpası ilə bağlı yeni qanun layihəsinin təsdiqinə çalışır. Lakin müxalif qanunvericilər Amerikanın Əfqanıstanda başçılıq etdiyi missiyanın BMT-nin mandatına uyğun şəkildə həyata keçirilmədiyini deyirlər.

XS
SM
MD
LG