Accessibility links

Pakistanda ümummilli seçkilər fevralın 15-ə qədər  keçirilməlidir


Pakistanın rəsmi mətbuatı ümummilli seçkilərin gələn il fevral ayının ortalarına qədər keçiriləcəyini bildirib. Məlumatda prezident Pərviz Müşərrəfin bu gün Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşündən sonra bu bəyanatı verdiyi deyilir. ABŞ və Pakistanın müxalifət partiyaları general Müşərrəfi şənbə günü elan etdiyi fövqəladə vəziyyətə son qoymasını, ordu rəhbərliyindən əl çəkməsini və seçkilərin vaxtında – yanvarda keçirilməsini tələb edirlər.

Bu gün habelə sabiq baş nazir Benəzir Bhuttonun Pakistan Xalq Partiyası bildirib ki, xanım Bhuttonun Müşərrəfin fəvqəladə vəziyyət qərarına etıraz məqsədi ilə nümayiş keçirilməsi çağırışından sonra partiyanın yüzlərlə fəalı həbs olunub.

XS
SM
MD
LG