Accessibility links

Gürcüstanda fövqəladə vəziyyət elan edilib


Gürcüstanın müxalifət liderləri hökumətin ölkədə 15 günlük fövqəladə vəziyyət élan etməsindən və müstəqil tele-radioları bağlamasından sonra etirazları dayandırdıqlarını deyirlər. Paytaxt Tbilisidən verilən məlumata görə, bu gün şəhərin mərkəzinə qoşunlar yerləşdirilib.

Müxalifətin dövlət çevrilişi cəhdini ittiham edən hökumət fövqəladə vəziyyəti dünən élan etmişdi. Qeyd edək ki, müxalifət 6 gün idi ki, Mixail Saakaşvilinin istefası tələbləri ilə paytaxt küçələrində nümayişlər keçirirdi. Dünən iğtişaş polisi nümayişləri dağıtmaq üçün suvuran maşınlar, gözyaşadıcı qaz və rezin güllələrdən istifadə edib. Ən azı 500 nəfərin yaralandığı bildirilir.

XS
SM
MD
LG