Accessibility links

Gürcüstan müxalifəti prezident seçkilərində vahid namizəd irəli sürməyi planlaşdırır


Gürcüstanın müxalifət liderləri bildirirlər ki, yanvarın 5-i erkən preziden seçkilərində prezident Mixail Saakaşviliyə qarşı vahid namizəd haqda razılığa gəlməyi planlaşdırırlar. Müxalifət liderləri bununla yanaşı, ölkədə fövqəladə vəziyyətin ləğv edilməsinə və hökumətlə hər hansı bir dialoqdan öncə müstəqil mətbuata qoyulmuş məhdudiyyətlərə son qoyulmasına təkid edirlər. Bu inkişaflar qanunvericilərin cənab Saakaşvilinin çərşənbə günü elan etdiyi 15 gün müddətinə fövqəladə vəziyyəti təsdiq etdiyi vaxt baş verir. Ölkə prezidenti onu korrupsiyada ittiham edərək hakimiyyətdən getməsini tələb edən nümayişçilərin Tbilisidə 6 gün etiraz aksiyası keçirməsindən sonra addım atıb. Vaşinqtonda Dövlət Departamentinin söççüsü Şon Makkormak Döfvlət katibinin yardımçısı Metyü Brayzanın vəziyyəti müzakirə etmək üçün Tbilisiyə səfər edəcəyini elan edib.
XS
SM
MD
LG