Accessibility links

ABŞ hərbi qüvvələri İraqda saxlanılan 9 iranlını azad edib


ABŞ hərbi qüvvələri İraqda saxlanılımış 9 iranlını azadlığa buraxıb. Hərbi qüvvələrin bəyanatında deyilir ki, onlar bu gün İraq hökumətinə təhvil veriliblər. Bu həftənin əvvəli ABŞ hərbi qüvvələri bildirmişdi ki, iranlılar İraqın təhlükəsizliyinə daha hədə təşkil etmədiklərinə görə azad ediləcəklər. İraqda şiə yaraqlılara yardım etmkədə şübhəli bilinərək İrbil şəhərində yanvar ayında həbs edilmiş iranlılar da azad edilənlər arasındadır.
XS
SM
MD
LG