Accessibility links

ABŞ diplomatı Gürcüstana yola düşür


ABŞ-ın yüksək vəzifəli diplomatı Gürcüstan hökumətinin bu yaxınlarda elan etdiyi fövqəladə vəziyyətlə bağlı prezident Mixail Saakaşvili ilə danışıqlar aparmaq üçün həmin ölkəyə yola düşüb. ABŞ Dövlət Departamentinin sözçüsü Şon Mak Kormakın sözlərinə görə, dövlət katibinin Avropa və Asiya məsələləri üzrə yardımçısı Mətyu Brayza cənab Saakaşvilini dərhal qaydaları bərpa etməyə və mətbuatın fəaliyyətinə icazə verməyə çağıracaq. Brayza həmçinin hökumətin seçki keçirilməsi haqda vədinə əməl etməsini və Gürcüstanın demokratik institutlarının gücləndirilməsi üçün müxalifət liderləri ilə danışıqlar aparmasını tələb edəcək. Qeyd edək ki, Saakaşvili cümə axşamı ölkədə 15 günlük fövqalədə vəziyyət elan etmişdi.

XS
SM
MD
LG