Accessibility links

İraqda iki qruplaşma arasında toqquşma olub


İraq polisi və qiyamçı mənbəyinin məlumatına görə, Əl Qaidə qruplaşması ilə rəqib döyüşçülər arasında Samirə şəhəri yaxınlığında baş verən toqquşmada 17 nəfər öldürülüb. Əl Qaida ilə İslam Ordusu arasında döyüşlər Cümə günü başlayıb. İslam ordusu adlanan qrupun məlumatına görə, 17 Əl Qaida silahlısı öldürülmüş və 16 nəfərsə əsir götürülmüşdür. İslam ordusunun neçə üzvünün həlak olduğu aydın deyil. Başqa xəbərdə İraq polisi Mosul şəhəri yaxınlığında baş verən partlayış nəticəsində 4 mülki vətəndaşın öldüyünü və ən azı 6-nın yaralandığını xəbər verir.
XS
SM
MD
LG