Accessibility links

Çin beş uyğur müsəlmana ölüm hökmü çıxarıb


Çin ölkənin bölgəsində separatçılıqda ittiham olunan beş etnik uyğur müsəlmana ölüm hökmü çıxarıb. Rəsmi Sinhua xəbər agentliyinin bildirdiyinə görə, Kaşqar rayon məhkəməsi altınçı şəxsi ömürlük həbs cəzasına məhkum edib. Agentliyin məlumatında deyilir ki, ölümə məhkum olunan şəxslərdən ikisininkinin icrası iki il müddətinə təxirə salınıb. Bu o deməkdir ki, onlar nümunəvi davranış göstərsələr və iki il ərzində peşmanlıq hissi keçirsələr onların hökmü ömürlük həbs cəzası ilə əvəz oluna bilər.

Çin rəsmilərinin sözlərinə görə, bu altı etnik uyğur müsəlman terror təşkilatının üzvləridir. Çin Sinzyanda müstəqil dövlət qurmağa çalışmaqda ittiham etdiyi uyğurlarla mübarizə aparır.

XS
SM
MD
LG