Accessibility links

San-Fransiskoda baş verən qəza ilə əlaqədar təhqiqata başlanılıb


ABŞ prokurorları ötən həftə San Fransiskoda iri həcmdə neft sızmasına səbəb olan qəza ilə əlaqədar təhqiqata başlayıblar. ABŞ sahil patrulunun rəhbəri müxbirlərə deyib ki, onun agentliyi prokuror idarəsi ilə yaxından əməkdaşlıq edərək qəzanın səbəblərini müəyyən etməyə çalışır. Sahil Patrul Xidmətinin ilkin istintaqının nəticələrinə görə karqo gəmisinin körpüyə dəyməsi mexaniki nasazlıq yox, insan səhvi ucbatından baş verib. Qəza nəticəsində körpüyə zərər dəyməyib, lakin tankerdə əmələ gələn 30 metr uzunluğunda dəlik San Fransisko körfəzinə 200 000 litr qatı neftin axmasına səbəb olub.
XS
SM
MD
LG