Accessibility links

BMT nümayəndəsi Birmada siyasi məhbusların saxlandığı həbsxanada olub


BMT-nin insan hüquqları üzrə təhqiqatçısı Birmada siyasi məhbusların saxlandığı həbsxanaya baş çəkib. Bu səfər Birmada demokratiya tərəfdarlarına qarşı repressiyalar üzərində təşkilatın başladığı istintaqın tərkib hissəsidir.

BMT elçisi Paulo Sergio Pnheyro Ranqunda yerləşən İnseyn məhbəsinə baş çəkdidkən sonra müxalifət üzvləri ilə görüşməyi və son hadisələrdə nə qədər adamın həlak olduğunu müəyyən etməyi planlaşdırır. Birma rəsmiləri 10 adamın öldüyünü və 3 000 nəfərin həbs edildiyini iddia edirlər. Lakin diplomatlar və insan hüquqları fəalları bu rəqəmin hər iki halda qat-qat yüksək olduğunu deyirlər.

XS
SM
MD
LG