Accessibility links

Gürcüstan müxalifəti prezidentliyə vahid namizədini irəli sürüb


Gürcüstanın müxalifət partiyaları qarşıdan gələn yanvar seçkiləri üçün millət vəkili Levan Qaçeçiladzenin prezidentliyə namizədliyini irəli sürüblər. Partiya liderləri deyirlər ki, prezident seçildiyi halda Qaçeçiladze sabiq xarici işlər naziri Salome Zurabişvilidən hökumət təşkil etməyi xahiş edəcək.

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəni çalxalayan siyasi böhranı aradan qaldırmaq üçün yanvarın 5-i prezident seçkiləri təyin edib. Müxalifət partiyaları Tbilisidə 6 gün nümayiş keçirərək, Saakaşvilinin istefasını tələb etdi. Polis nümayişləri çərşənbə günü dağıtdı. Gürcüstan prezidenti ölkədə fövqəladə vəziyyət elan edərək bütün ictimai nümayişləri qadağan etdi.

ABŞ dövlət katibinin yardımçısı Mətyu Brayza Gürcüstanı fövqəladə vəziyyəti ləğv etməyə çağırmışdır.

XS
SM
MD
LG