Accessibility links

ABŞ diplomatı Pakistana səfər edir


ABŞ Dövlət Departamentinin sözçüsü Tom Keysi dövlət katibinin müavini Con Negropontenonon Pakistana səfər edəcəyini bəyan edib . O, diplomatın həftə sonu Pakistanın hökumət rəsmiləri ilə görüşlər keçiriəcəyini bildirib. Con Negropontenin Amerikanın ictimai tələbinin şəxsən Pakistan rəsmilərinə çatdıracağı deyirlir. Bu tələblərə fövqəladə vəziyyətin ləğvi, azad və ədalətli seçkilərin təşkili daxildir. Eyni zamanda Amerikanın Pakistandakı səfiri fövqəladə vəziyyətin Pakistanda demokratik prosesləri geriyə salmaqla yanaşı, ölkənin iqtisadi artımına da ziyan vuracağı barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG