Accessibility links

Iraq parlamentinin buraxılmasına çağırılır


İraqın radikal şiə ruhanisi Müqtəda Əl-Sədrin yaxın müttəfiqi İraq parlamentinin buraxılmasına və yeni seçkilərə çağırıb. Əl-Sədrin siyasi blokundan qanunverici Bəhaa Əl Araji bu gün Bağdadda müxbirlərə bildirib ki, parlament İraq xalqına bir yük olub. O, seçki qanunlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Qanunverici bunların blokun deyil, onun şəxsi fikri olduğunu bildirib. Bütün bunlala yanaşı İraqda zorakıqlılar davam edir. Ölkənin şimal bölgəsində bir polis kapitanının qətlə yetirildiyi xəbər verilir. Kapitanın ailə üzvlərinin də olduğu maşınının Kərkük şəhərində silahlı naməlum şəxslər tərəfindən atəşə tutulduğu bildirilir. Hücum nəticəsində onun xanımının yaraqalndığı xəbər verilir.

XS
SM
MD
LG