Accessibility links

Vladimir Putin:  Vahid Rusiya Partiyasının qələbəsi ona  söz sahibi olmağa haqq verəcək


Rusiya prezidenti Vladimir Putin deyib ki, Vahid Rusiya Partiyasının dekabrda keçiriləcək parlament seçkilərində qələbə qazanması ona Kremldəki vəzifəsini tərk etdikdən sonra söz sahibi olmağa mənəvi haqq verir. Cənab Putin bu sözləri Sibirin Krasnoyarsk şəhərində dilə gətirib. Putin deyib ki, insanların Vahid Rusiya Partiyasına səs verməsi o demək olacaq ki, xalq ona etimad bəsləyir. O, əlavə edib ki, belə bir qələbə hökumətdəkilərdən məsuliyyət tələb etməyə ixtiyar verəcək. Lakin Putin konkret olaraq Rusiya siyasətindəki gələcək rolunu açıqlamayıb.
XS
SM
MD
LG