Accessibility links

Mahmud Abbas fələstinliləri Həması devirməyə çağırıb


Fələstinlilərin prezidenti Mahmud Abbas sakinləri 5 ay bundan əvvəl Qəzza Zolağında nəzarəti əlinə alan İslamçı qrup Həması devirməyə çağırıb. Bu gün Ramallahda etdiyi çıxışı zamanı cənab Abbas deyib ki, Fələstin xalqı onları istismar edən və əziyyət verən bu qrupu devirməlidir. O, eləcə də əlavə edib ki, Həmas Qəzzada nəzarəti əlinə almasına və oradakı zorakılıqlara görə üzr istəməlidir. Qeyd edək ki, fələstinlilərin prezidenti cənab Abbas Həması devirmək çağırışı ilə ilk dəfə idi çıxış edirdi.

Digər bir xəbərdə isə bildirilir ki, Qəzza Zolağının şimalında İsrail hərbiçilərinin maşına atdıqları raket hücumu iki yaraqlının ölümünə, azı üçünün yaralanmasına səbəb olub.

XS
SM
MD
LG