Accessibility links

ABŞ-ın 19 hava limanında partlayıcı maddələr keçirməyin mümkün olduğu bildirilir


ABŞ hökumətinin son hesabatında məxfi araşdırmaların cari il ərizndə 19 hava limanının yoxlanış məntəqələrindən partlayıcı maddələri keçirməyin mümkün olduğu bildirilir. Amerika Konqresinin kəşfiyyat ofisinin hesabatında bildirilir ki, partlayıcı maddələri hətta aeroport işçilərinin yoxlanış prosedurlarına tamamilə riayət etdiyi halda belə keçirmək mümkün olub.

Təhqiqat 2006-ci il Britaniya rəsmilərinin Amerika təyyarəsinə partlayıcı maddə keçirilməsinin qarşısının almasından sonra həyata keçirilir. Hesabatda ABŞ-ın hansı limanlarında bu məxfi yoxlanışların aparıldığı bildirilmir. Ağ Ev istehlakçı təhlükəsizliyi məqsədi ilə yeni təkliflər irəli sürməlidir. Bunlara gecikdirilən sərnişinlərin kompensasiyası da daxildir.

XS
SM
MD
LG