Accessibility links

Pakistan müxalifəti müvəqqəti hökumətin təşkilinə etiraz edir


12 Nov 2007" hspace=2 src="/azerbaijani/images/AP_Pakistan_Benazir_Bhutto_13Nov07_2101.jpg" width=208 align=left vspace=2 border=0>Pakistanda yanvar ayında keçiriləcək seçkilərədək ölkəni idarə edəcək müvəqqəti hökumətin təşkilinə müxalifət partiyaları etiraz edib. Sabiq baş nazir Benəzir Bhutto müxalif partiyaları prezident Pərviz Müşərrəfə qarşı birliyə səsləyib. Müvəqqəti hökumətin təşkili qərarından bir neçə saat əvvəl ev dustaqlığından azad edilən xanım Bhutto general Müşərrəfi diktator adlandırmış və onu istefa verməyə çağırmışdır. O, yanvar seçkilərinin fövqəladə vəziyyətə görə azad və ədalətli olacağına inanmadığını demişdir.

Bu arada ABŞ dövlət katibinin müavini Con Neqraponte prezident Pərviz Müşərrəflə görüşmək üçün Pakistana gedib.

XS
SM
MD
LG