Accessibility links

Pakistanda sunni və şiə müsəlmanlar arasında insident olub


Pakistandan verilən başqa bir xəbərdə deyilir ki, ölkənin şimalında sunni və şiə müsəlmanlar arasında baş verən toqquşma zamanı ən azı 30 nəfər həlak olub, 100-dən çox insansa yaralanıb. Atışma Əfqanıstanla sərhəddəki Kurram regionunun əsas şəhəri olan Paraçinarda naməlum bir şəxsin atəş açmasından sonra başlayıb. Rəsmilər silahlı insanların bir–birilərini tüfənglər və başqa silahlardan atəşə tutduğunu deyib. Şəhərin bəzi hissələrində qadağan saatı elan olunub. Pakistan ordusu isə Svat vadisindən yaraqlıları təmizləmək üçün genişmiqyaslı əməliyyatlara hazırlaşdığını deyib. Hərbi əməliyyatlar komandiri general mayor Əhməd Şuya Paşa Ravalpindidəki ordu qərarhagında jurnalistlərə bildirib ki, qonşu Vəziristandan əraziyə yüksək hazırlıqlı yüzlərlə əsgər gətirilib.
XS
SM
MD
LG