Accessibility links

Türkiyə və Yunanıstan təbii qaz boru kəmərinin açılışını qeyd ediblər


Yunanıstan və Türkiyə Xəzər dənizindən Avropaya təbii qazı ötürəcək birgə boru kəmərinin açılışını qeyd ediblər. Yunan baş naziri Kostas Karamanlı və Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Eros çayının ayırdığı sərhəddə əl sıxaraq uzun müddət rəqib olan iki millət arasındakı yeni tərəfdaşlığın əsasını qoyublar. 300 kilometr uzunluğunda olan boru kəməri qazı Azərbaycandan Yunanıstana, oradan da İtaliyaya və Qərbi Avropaya nəql edərək Yunan və Türk şəbəkələrini əlaqələndirəcək. ABŞ enerji naziri Samuel Bodman da bazar günü keçirilən mərasimə qatılıb və boru kəmərini Şərqlə Qərb arasında yeni enerji körpüsü adlandırıb. Birləşmiş Ştatlar bu layihəni dəstəkləməkdə Avropanın təbii qaz üçün Rusiyadan olan asılılığını azaltmaq məramı güdür. Boru kəməri ildə 12 milyard kub təbii qaz nəql edəcək.
XS
SM
MD
LG