Accessibility links

İraqda bomba partlayışı 3 nəfərin həyatına son qoyub


İraqın Mosul vilayətinin mərkəzi şəhəri Tikritdə bomba yüklü avtomobilin partlaması nəticəsində 3 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Ölkə rəsmilərinin verdiyi başqa bir xəbərdə deyilir ki, onlar yaxın günlərdə Səhiyyə Nazirliyinin 2 sabiq rəsmisini tezliklə məhkəməyə verməyə hazırlaşırlar. Nazirlik rəsmiləri şiə yaraqlılara qırğın törətməyə kömək etməkdə ittiham olunur. Hökumət sözçüsü Bağdadda Səhiyyə Nazirliyinin təhlükəsizlik qüvvələrinin bu 2 rəsmisinin adını açıqlayıb. Onlar Nazirin sabiq müavini Hakim Zamili və briqada generalı Həmid əl-Şəmmaridir. İddialara görə onlar, yüzlərlə sünni xəstəni hospitallardan çıxarıb öldürən şiə bölmələrinə yardım edib.
XS
SM
MD
LG