Accessibility links

Pakistanda nümayişlər zamanı həbs edilənlər azadlığa buraxılıb


Pakistanın hüquq mühafizə orqanları prezident Pərviz Müşərrəfin elan etdiyi fövqəladə vəziyyət zamanı həbs edilən 3400 nəfəri azadlığa buraxıb. Ölkənin daxili işlər naziri Cavid İqbal Çimanın sözlərinə görə, digər 2 000 nəfər də tezliklə sərbəst buraxılacaq.

Azad edilmələrindən az bir müddət sonra nümayışçilərlə polis arasında qarşıdurma olub. Kakaçidə mətbuatın nəzarət altına alınmasını ittiham edən etiraz aksiyaları zamanı ən azı 140 jurnalist həbs edilib.

Bu gün Pakistan Seçki Komissiyası parlament seçkilərinin gələn il yanvarın 8-də keçiriləcəyini elan edib. Müxalifət liderləri Pakistan demokratik qaydalara qayıtmadığı və Ali Məhkəmə hakiminin işinə bərpa edilmədiyi təqdirdə seçkiləri boykot edəcəklərini deyiblər.

XS
SM
MD
LG