Accessibility links

Türkiyə İranla 3 zavod tikintisi barədə razılaşma imzalayıb


Türkiyə İranla 3 istilik enerjisi zavodunun tikilməsi barədə əməkdaşlıq razılaşmazı imzalayıb. Türkiyə enerji naziri Hilmi Gülər və onun iranlı həmkarı Pərviz Fətta müqaviləyə bu gün imza atıblar. Razılaşmaya əsasən enerji zavodlarının ikisi İranda, biri isə Türkiyədə tikiləcək. İki öldə arasında ötürücü xəttlər qarşıdakı 1 il ərzində genişlənməli və təkmilləşdirilməlidir. Layihəyə ictimai və özəl şirkətlər də cəlb olunacaq. Birləşmiş Ştatlar Türkiyəni İranla əməkdaşlıq etdiyinə görə tənqid edir. Rəsmi Tehran nüvə proqramının dinc məqsədlər üçün davam etdirdiyini deyir, ABŞ və müttəfiqləri isə İranın nüvə silahları hazırlamağa çalışmasından şübhələnir.
XS
SM
MD
LG