Accessibility links

Pakistan prezidenti bu həftə ali baş komandan vəzifəsindən istefa verəcək


Pakistanın baş prokuroru prezident Pərviz Müşərrəfin bir neçə gün ərzində ali baş komandan vəzifəsindən istefa verəcəyini və yalnız prezident vəzifəsini icra edəcəyini bildirib. Baş prokuror Malik Qəyyum bu gün müxbirlərlə söhbəti zamanı deyib ki, Ali Məhkəmə prezident Müşərrəfin yenidən prezident seçilməsinə yol açacaq sonuncu ittihamı ləğv etsə, prezident şənbə gününə qədər ali baş komandan vəzifəsindən istefa verməlidir.

Prezident Müşərrəf oktyabr seçkilərində iştirak etmək üçün ona qarşı irəli sürülən ittihamların məhkəmə tərəfindən ləğv etdiyi təqdirdə, hərbi komandan vəzifəsindən istefa verəcəyinə söz vermişdi. Qeyd edək ki, artıq Ali Məhkəmə prezident Pərviz Müşərrəfə qarşı irəli sürülən 6 ittihamdan 5-ni ləğv edib.

XS
SM
MD
LG