Accessibility links

Rusiya prezidenti "Vahid Rusiya" partiyasının keçirdiyi nümayişdə iştirak edib


Minlərlə adam Moskvanın Lujniki stadionunda toplaşaraq, prezident Vladimir Putinə dəstəklərini izhar ediblər. Üzərində “Putinin qələbəsi bizim qələbəmizdir!” və “Biz Rusiyaya İnanırıq!” yazılmış şüarlar bu gün "Vahid Rusiya" partiyasının keçirdiyi nümayişdə qaldırılıb.

Prezident Putin də törəndə iştirak edib. O, ötən ay dekabrın 2-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirmişdi. Prezident Putin demişdir ki, mart ayında mandatı bitdikdən sonra o, prezident vəzifəsindən istefa verəcək. Lakin cənab Putinin tərafdarları onun hökumətdə öz nüfuzunu saxlamasını istəyirlər.

XS
SM
MD
LG