Accessibility links

İran Qərbə güzəştə getməyəcək


İran prezidenti Mahmud Əhmədinejad nüvə proqramına dair qərbə güzəştə getməyəcəyini deyib. Ərdəbil şəhərində minlərlə insan qarşısında çıxış edən prezident Əhmədinejad bildirib ki, əgər İran kiçik də olsa güzəştə getsə, qərb hədə-qorxuları ilə daha artıq güzəştlər tələb edəcək. O deyib ki, İran dövləti bugünədək müqavimət göstərib və müqaviməti davam etdirəcək. İran rəsmiləri hələ də nüvə ambisiyalarına dair Avropa İttifaqı ilə danışıqlara hazır olduqlarını bidirir.

XS
SM
MD
LG