Accessibility links

ASEAN Birmanı demokratik islahatları sürətləndirməyə çağırır


Asiya liderləri və Avropa Birliyi Birmanın hərbi hökumətini demokratik islahatları sürətləndirməyə çağırır. Şərqi Asiya sammitində Asiya liderləri və Avropa Birliyinin qəbul etdiyi bəyanatda müxalifət lideri Aunq Sanq Suu Kyi də daxil olmaqla, siyasi məhbusların azadlığa buraxılması tələb olunur. Bəyanat həmçinin siyasi partiyalara qoyulan qadağaların qaldırılmasına və daha çox dialoqlara çağırır.

Cənub-Şərqi Asiya Dövlətləri Assossiasiyası – ASEAN-nın bu həftə Sinqapurda keçirilən toplantısı əsasən Birma və orada sentyabrda baş verən qanlı zorakılıqlara həsr olunmuşdu. Sinqapurun baş naziri Li Hsien Lonq deyib ki, ASEAN hələ də Birmaya Avropa Birliyi ilə ticarət danışıqları aparmasına icazə verməyəcək.

Bu gün toplantıda 2 qrup 37 ölkə və bir milyarddan çox insanla əlaqəsi olan ticarət danışıqlarının sürətləndirilməsilə bağlı razılığa gəlib.

XS
SM
MD
LG