Accessibility links

Livanda prezident seçkiləri təxirə salınıb


Livanda bu günə təyin edilmiş prezident seçkiləri noyabr ayının 30-dək təxirə salınıb. Bunun səbəbi rəqib siyası partiyaların seçkilərdə iştirak edəcək namizədlərlə razı olmamasıdır. Suriya yönümlü president Lahudun vəzifə müddətinin gecə yarısı başa çatması ilə Lvanda siyasi böhran dərinləşə bilər.

Prezident seçkilərinin təyin olduğu vaxtda keçirilməməsi ya hakimiyyət vakumuna, ya da Livanda 1975-ci ildən 90-cı ilə qədər davam edən vətəndaş müharibəsi dövründə olduğu kimi, iki qərib partiyanın hakimiyyət uğrunda mübarizəsinə səbəb ola bilər.

Parlament sessiyası da qərbyönümlü koalisiya ilə Hezbullahın başçılıq etdiyi Suriya tərəfdarı müxalifət arasında namizədlə bağlı consensus əldə edilməsinə vaxt verildiyinə görə beş dəfə təxirə salınmışdı.

XS
SM
MD
LG