Accessibility links

Hindistanın Uttar Pradeş ştatında partlayışlar olub


Hindistan polisinin bildirdiyinə görə, şimal Uttar Pradeş ştatında təqribən eyni vaxtda həyata keçirilən hücumlar nəticəsində 13 adam həlak olub, 45 nəfər yaralanıb. Partlayışlar 3-Luknou, Varanasi və Faizabad şəhərlərinin məhkəmə binalarında baş verib. Rəsmilərin dediyinə görə, ölənlər və yaralananların hamısı vəkillər olub. Hücuma görə terrorçular günahlandırılır. Qeyd edək ki, Hindistanın bu şəhərlərində hindularla müsəlmanlar arasında gərginlik həmişə mövcud olub.

XS
SM
MD
LG