Accessibility links

Ravalpindi şəhərində hərbiçilərin hədəf alındığı hücum nəticəsində 20 adam həlak olub


Pakistan rəsmilərinin bidlirdiyinə görə, Ravalpindi şəhərində hərbiçilərin hədəf alındığı hücum nəticəsində 20 adam həlak olub. Ordu söçüsü Vahid Ərşad maşına yerləşdirilmiş bomba hücumunun ordunun baş qərargahı yaxınlığında həyata keçirildiyini deyib. Hücumçunun özünün də həlak olduğu bu partlayış iki adamın yaralanmasına səbəb olub. Digər bir hücum Ravalpindi ilə İslamabad yolunda hərəkət edən avtobusda həyata keçirilib. Hücumun insan tələfatına yol açdığı xəbər verilir. Bu arada Pakistanın sabiq baş naziri Nəvaz Şərif parlament seçkiləri üçün qeydiyyat müddəti başa çatacaq bazar ertəsi günündən öncə vətəninə qayıdacağını bəyan edib. Şərifin Pakistan Müsəlman liqasının bildirdiyinə görə, sabiq baş nazir ailəsi ilə birgə sabah Lahor şəhərinə gəlməlidir.

XS
SM
MD
LG