Accessibility links

Livan hökuməti sabitliyi qorumağa çalışır


Livanın Qərb təmayüllü baş naziri Fuad Siniora rəqibi Suriyapərəst Emil Lahudun vəzifəsini tərk etməsindən sonra hakimiyyət vakuumu ilə bağlı qorxuları azaltmağa çalışır. Cənab Siniora bu gün bildirib ki, onun hökuməti konstitusiyaya əsasən fəaliyyətini davam etdirəcək. O, əlavə edib ki, başlıca məqsəd prezidentliyə seçki prosesini tamamlamaqdır. Livan parlamenti dünən yeni dövlət başçısı seçə bilməyib. İdarəni tərk etməzdən əvvəl cənab Lahud fövqəladə vəziyyət elan etmiş və milli təhlükəsizliyi orduya həvalə etmişdir. O, prezidentlik dönəmi bitən gecə saat 12-də istefa verib. Cənab Siniora bildirib ki, fövqəladə vəziyyətə ehtiyac yoxdur, lakin vurğulayıb ki, ordu küçələrdə patrul çəkəcək. Hələ ki, paytaxt Beyrutda ciddi insident baş verməyib.

XS
SM
MD
LG